Dünya futbolu
Peres kapitanı “Real”da saxladı
İker Kasilyasın "Real"da (Madrid) qalacağı dəqiqləşib…
İker Kasilyasın "Real"da (Madrid) qalacağı dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres ispan qapıçının klubdakı gələcəyi haqqında danışarkən belə deyib:
"İker "Real"da qalmaq istədiyini dedi. Ona cavab verdim ki, mən də sənin burda qalmağını istəyirəm. Buna görə də səni heç yerə buraxmayacam".
Peres bununla da son günlərdə mətbuatda Kasilyasın PSJ-yə keçəcəyi barədə şayiələrə son qoyub.