Ölkə futbolu
Səmədov: "Azərbaycan yığmasında oynamadığıma görə peşman olmamışam"
Futbol üzrə Rusiya yığmasının yarımmüdafiəçisi…
Futbol üzrə Rusiya yığmasının yarımmüdafiəçisi Aleksandr Səmədov DÇ-yə qarşıdakı səfər haqda danışarkən, bildirib ki, komandası DÇ-2014-ün təsnifat mərhələsi çərçivəsində Bakıda millimizə qarşı oynayarkən həyacan keçirib. Futbolinfo.az xəbər verir ki, Səmədov bunları söyləyib:
“Braziliyaya uçub gələndə hər hansı həyacan artıq orada özünü göstərəcək. Hələ böyük məsuliyyət var. Belə bir yarışda öz ölkəsini təmsil etmək hər bir futbolçunun arzusudu. Mənim dizlərim isə çoxdan əsmir. Ancaq etiraf edim ki, biz Bakıda oynayanda həyacan keçirirdim. Can atdığımız DÇ-yə çıxmaq üçün həlledici oyun, ajiotaj. Bəlkə də Azərbaycanda oynamağımız da azacıq təsir edirdi”.
Azərbaycan yığmasında oynamaqdan imtina etdiyinə görə, bir dəfə də olsun peşmanlıq çəkməsi haqda suala isə Səmədov qısa cavab verib: “Heç vaxt”.