Ölkə futbolu
"Neftçi" yeni hücumçu gətirir
Mahir Şükürov və Rəşad Sadiqova qapını göstərən…
Mahir Şükürov və Rəşad Sadiqova qapını göstərən "Neftçi" daha bir transferə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, Bakı klubu braziliyalı Sesilio Kauedən başqa heyətə hücumçu da cəlb edəcək.
Bu barədə saytımıza açıqlamasında klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib: "Biz az sayda futbolçu transfer edəcəyik. Klub rəhbərliyi və məşqçilər korpusunun qərarına uyğun olaraq, bir hücumçu alınacaq. Artıq bununla bağlı seleksiyaçı məşqçilərimiz işlərini davam etdirir və danışıqlar gedir. Namizədlərimiz var, lakin ad açıqlamaq düzgün olmazdı. Danışıqlar yekunlaşandan sonra ictimaiyyətə məlumat veriləcək".