Premyer-liqa
İvaylo Petev nə vaxt gələcək?
"Hələ ki, heç bir transfer həyata keçirmirik. Ba…
"Hələ ki, heç bir transfer həyata keçirmirik. Baş məşqçinin gəlməsini gözləyirik. Məşqçi gələndən sonra bütün bu məsələlər də öz həllini tapacaq". Bu sözləri Futbolinfo.az saytına açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib.
Klub rəsmisi Ruslan Abışovun "Qəbələ"yə keçidindən də danışıb: "Ruslan Abışov məsələsi hələ qalıb. Baş məşqçi gəldikdən sonra bu transferlə də məşğul olacağıq. Düzdü, yeni məşqçi yerli futbolçuları tanımır. Buna görə də Ruslanın fikri önəmli olacaq".
Əzizov komandanın yeni baş məşqçisi olacaq İvaylo Petevin Azərbaycana nə zaman gələcəyini də deyib: "Komanda 9-10 iyunda toplaşacaq. O zaman da yeni baş məşqçi ölkədə olacaq".