Ölkə futbolu
Fransada Riberi şoku
DÇ-2014 öncəsi daha bir milli komanda zədə xəbəri il?…
DÇ-2014 öncəsi daha bir milli komanda zədə xəbəri ilə sarsılıb. Futbolinfo.az xəbər verir ki, Fransa yığması mundialda Frank Riberinin xdmətindən yararlana bilməyəcək. Didye Deşam belindəki zədəsi sağalmayan fransız ulduzu heyətdən çıxarıb.
Baş məşqçi qərarını belə izah edib: "Bu günkü məşqdə Riberi birdən dayandı və hazırda məşqlərə davam edəcək gücdə deyil. Keçirdiyimiz testlər nəticəsində belindəki zədənin daha da pisləşdiyini gördük. Riberinin çempionatda oynaması mümkünsüzdü. Klemen Qrenier və Frank Riberinin çempionatda iştirak etməyəcəyi dəqiqləşdikdən sonra Remi Kabella və Morqan Şneyder Fransa millisinin düşərgəsinə çağırılıb.