Dünya futbolu
Manjukiç “Bavariya”dan kimə görə ayrılır?
"Bavariya”nın hücumçusu Mario Manjukiç …
"Bavariya”nın hücumçusu Mario Manjukiç klubdan ayrılacağını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu mətbuata danışarkən baş məşqçi Xosep Qvardiolanın sisteminə uyğunlaşa bilmədiyini deyib:
"Mayda klub prezidenti Karl-Haynts Rummenigge ilə danışdıq. Mənə yeni müqavilə təklif etdilər. "Bavariya”dakı karyeram fantastikdi. Son günlərə qədər ayrılmağı heç düşünməmişdim. Xüsusilə də, belə bir vaxtda ayrılmağı düşünməzdim. Ancaq, düzünü desəm, Qvardiolanın "Bavariya”da tətbiq eləməyə çalışdığı sistem mənə uyğun gəlmir. Bu oyun sistemində bacarığımı tam olaraq ortaya qoya bilmirəm. Belə olanda da özümü çox pis hiss edirəm və hər iki tərəf üçün də ən doğrusunun komandadan ayrılmaq olduğuna dair qərar verdim”.
Manjcukiç 2012-ci ildən "Bavariya”da çıxış edir. Onun yeni klubunun DÇ-2014-dən sonra bəlli olacağı gözlənilir.