Ölkə futbolu
Kafu Almaniyanı finalda görür
Braziliya millisinin sabiq üzvü Kafu Almaniya yığmasının…
Braziliya millisinin sabiq üzvü Kafu Almaniya yığmasının dünya çempionatındakı şanslarını yüksək qiymətləndirib. Futbolinfo.az xəbər verir ki, o, Yoahim Lövün yetirmələrinin mundialın finalına çıxacağını iddia edib.
2002-ci ildə DÇ-nın kubokunu məhz Almaniya üzərindəki qələbədən sonra qaldıran veteran futbolçu Braziliya mətbuatına açıqlamasında finala yüksələn iki komandadan birinin Amaniya millisi olacağını deyib: “Almaniya olduqca güclü komandadı. Braziliyada böyük hörmət və sevgi ilə qarşılanır. Braziliyada hər kəs finalda Almaniya ilə qarşılaşacağımızı düşünür. Almaniya mütləq finala çıxacaq”.