Ölkə futbolu
DÇ-2014-də müsəlmanlar üçün xüsusi hazırlıq
Braziliyada DÇ-2014-ə gələn müsəlman azarkeşlər &uum…
Braziliyada DÇ-2014-ə gələn müsəlman azarkeşlər üçün xüsusi hazırlıq görülüb. Futbolinfo.az xəbər verir ki, ərəb ölkələrindən gələn turistlər üçün ərəb dilində yol göstəriciləri çap olunub və satışa çıxarılıb.
Braziliya müsəlman icması tərəfindən buraxılmış 65 səhifəlik broşürada DÇ-2014-ün oyunlarının baş tutacağı şəhərlər haqqında məlumat əks olunub. Bu kitabçada məscidlərin və İslam ölkələri səfirliklərinin ünvanları, müsəlman azarkeşləri üçün qaynar xətlərin telefon nömrələri, habelə Əlcəzair, Kamerun, İran, Kot-d`İvuar və Nigeriya milli komandalarının oyunlarına səyahət təşkil edəcək "Salam” avtobusun marşrutu barədə məlumatlar yer alıb.