Dünya futbolu
MY Şouyla anlaşdı
"Mançester Yunayted" "Sauthempton"un mü…
"Mançester Yunayted" "Sauthempton"un müdafiəçisi Luk Şouyla müqavilə detallarını razılaşdırıb. Futbolinfo.az xəbər verir ki, 18 yaşlı futbolçu "mankunyanlar"ın həftəlik 160 min funt sterlinqlik müqavilə təklifini qəbul edib.
İngiltərənin digər nəhəng klubu "Çelsi" isə "Mançester Yunayted"in Şouya təklif etdiyi şərtlərdən sonra, müdafiəçini transfer etmək fikrindən daşınıb.
MY-nin yaxın günlərdə "Sauthempton"la da razılığa gələcəyi gözlənilir. Daha öncə ingilis müdafiəçinin transfer dəyərinin 27 milyon funt sterlinq olacağı bildirilmişdi.