Dünya futbolu
Ronaldo: “Almaniya ilə matçda…”
Portuqaliya millisinin lideri Kriştianu Ronaldo DÇ-2014 haqda …
Portuqaliya millisinin lideri Kriştianu Ronaldo DÇ-2014 haqda fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, İrlandiya ilə yoldaşlıq görüşündə meydana çıxan forvard özünü daha da yaxşı hiss etdiyini deyib:
"Almaniya ilə görüşə kimi tam hazır olacam. Onlarla Avropa çempionatında da qarşılaşmışdıq. Hər iki komanda bir-birini yaxşı tanıyır. Almaniya turnirin favoritlərindən hesab olunur. Bizim üçün çox çətin matç olacaq. Ən yaxşı oyunumuzu nümayiş etdirməyə çalışacağıq".