Dünya futbolu
“Çelsi” Çexi satıb, Kurtuanı qaytarır
"Çelsi" ilə bağlı İngiltərə mətbuatında yayı…
"Çelsi" ilə bağlı İngiltərə mətbuatında yayılan xəbər gündəmə oturub. Futbolinfo.az xəbər verir ki, mətbuat “zadəganlar”ın yay "transfer pəncərəsi"ndə Petr Çexi satmağa hazırlaşdığını yazıb.
London klubu çexiyalı qapıçıya görə gələn təklifləri nəzərdən keçirəcək. Buna səbəb, komandanın baş məşqçisi Joze Mourinyonun Tibo Kurtuanın "Çelsi"nin bir nömrəli qolkiperi olmağını istəməsidi.
Petr Çex 2004-cü ildən bəri "Çelsi"nin heyətində 479 qarşılaşmada forma geyib. Qapıçının müqaviləsinin bitməsinə isə hələ 2 mövsüm var.
“Çelsi”yə məxsus olan Kurtua isə hazırda “Atletiko”da icarə əsasında çıxış edir.