Ölkə futbolu
"Slavik Alxasov nifrətmizi qazanıb"
Qış "transfer pəncərəsi" zamanı "Neftçi&qu…
Qış "transfer pəncərəsi" zamanı "Neftçi"dən "Xəzər Lənkəran"a transfer olunan Slavik Alxasov mövsümün sonunda yenidən məxsus olduğu kluba qayıtdı. Futbolinfo.az xəbər verir ki, müdafiəçinin flaqmana qayıtması bakılı azarkeşlərin qəzəbinə səbəb olub.
Buna səbəb isə Alxasovun cənub klubuna keçidi zamanı "Xəzər Lənkəran" azarkeşi olduğunu deməsidi. Saytımıza açıqlama verən "Forza Neftçi" fan-klubunun rəhbəri Sübhan Əliyev Slavikin bakılı azarkeşlərin nifrətini qazandığını gizlətməyib:
"Slavik o vaxt mətbuata "Xəzər Lənkəran" azarkeşi olduğunu bildirmişdi. Cənublular da bizim əzəli rəqibimizdi. Şəxsən onun "Neftçi"yə qayıtmasını istəmirik. Çünki onun açıqlaması biz azarkeşlər tərəfindən pis qarşılanmışdı. Slavik bizə lazım olan oyunçu deyil. O, "ağ-qaralı" formanı geyinəcəksə, onu fitə basmağı düşünmürük. Sadəcə, o, öz səhvini başa düşməlidi. Peşəkar futbolçu hansısa kluba gedəndə o komandanın azarkeşi olduğunu deməməlidi. Onun "Neftçi"yə qayıtmasının bizim üçün fərqi yoxdu. "Xəzər Lənkəran" azarkeşiyəm" deyibsə, bizim üçün heç vaxt sevimli oyunçu ola bilməz. Slavik Alxasov bizim nifrətimizi qazanıb. Onun "Neftçi"yə qayıtması rəhbərliyin işidi. Ancaq bizim ondan qəlbimiz küsüb".