Dünya futbolu
Kapello 1 həftəyə, Errera 1 ilə
Britaniya mətbuatı Braziliyada keçiriləcək dünya &cced…
Britaniya mətbuatı Braziliyada keçiriləcək dünya çempionatında iştirak edən komandaların baş məşqçilərinin illik maaşlarını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, seçmə mərhələdəki rəqibimiz Rusiya yığmasının çalışdırıcısı Fabio Kapello ən yüksək ödənişli mütəxəssis olub. Mənbənin məlumatına görə, italyan baş məşqçi ilinə 6,7 milyon funt qazanır.
İngiltərə yığmasının baş məşqçisi Roy Hocson 3,5 milyon , İtaliyanın çalışdırıcısı Çezare Prandelli isə 2,5 milyonla sonrakı pillələrdə yer alır.
Hamıdan az məvacibi isə Meksika millisinin baş məşqçisi Migel Errera qazanır. O, bir illik zəhmətin qarşılığında 125 min funt alır. Bu isə o deməkdi ki, Kapello Erreradan 53 qat daha çox maaş alır. Başqa sözlə desək, Kapellonun 1 həftəlik məvacibi Erreranın 1 illik maaşı qədərdi.