Dünya futbolu
Mourinyo Hazardla aranı yumşaltdı
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo son…
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo son vaxtlar problem yaşadığı futbolçusu Eden Hazard haqda danışıb. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı belçikalı futbolçunu heyətdə saxlayacaqlarını deyib:
“Mən deyirəmsə, Hazard oyununu təkmilləşdirməlidi, bu o demək deyil ki, komandadan getməsini istəyirəm. Əksinə, mən onun komandada qalmasının tərəfdarıyam. Hazard özü də klubda qalmaqda maraqlıdı və qalacaq da. Məni tanıyanlar yaxşı bilir: hansısa futbolçunun komandada qalacağını deyirəmsə, deməli o yüz faiz komandada qalacaq”.
Xatırladaq ki, bir müddət əvvəl Mou Edenin müdafiəyə az yardım etməsindən narazılığını bildirmişdi.