Dünya futbolu
Qonsalo İquayn “Barsa”ya keçməyəcək
"Napoli"nın ulduzu Qonsalo İquaynın "Barselona"…
"Napoli"nın ulduzu Qonsalo İquaynın "Barselona"ya keçəcəyi ilə bağlı xəbərlər yayılıb. Futbolinfo.az xəbər verir ki, bunu "Marca" nəşri iddia edib. Xəbərə görə, Kataloniya təmsilçisi ilə "Napoli" arasında danışıqlar artıq bitmək üzrədi. Argentinalı futbolçunun keçidi yaxın günlərdə rəsmən açıqlanacaq.
Lakin daha sonra "Napoli" İquaynın "Barselona"ya mümkün keçidi barədə yayılan xəbərləri yalanlayıb. Klubun "Twitter" hesabından verilən rəsmi açıqlamada bildirilib.
Argentinalı futbolçu "Napoli"yə katalon klubunun əzəli rəqibi "Real"dan 40 milyon avro qarşılığında transfer olunmuşdu.