Ölkə futbolu
Pirlo: “Daha da irəli gedə bilərik”
İtaliya millisinin yarımmüdafiəçisi Andrea Pirlo D&Cced…
İtaliya millisinin yarımmüdafiəçisi Andrea Pirlo DÇ-2014-dəki oyunlarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, o, mundialda daha irəli gedə biləcəklərini bildirib:
"İngiltərəylə oyunda İtaliya rəqibə öz oyununu diqtə etdi. Birinci hissədə də, ikinci yarının böyük hissəsində də bu belə oldu. Havanın çox isti olmasına baxmayaraq, vacib qələbə qazandıq. Qələbə bizə gələcəkdəki oyunlara ümidlə baxmağa imkan yaradır. Bizim güclü komandamız var və daha da irəli gedə bilərik".
DÇ-2014 Pirlonun karyerasındakı son mundialı olacaq.