Ölkə futbolu
"Qarabağ" 2 Çexiya klubu ilə qarşılaşacaq
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qar…
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" hazırlığın ilk mərhələsini davam etdirir. Futbolinfo.az xəbər verir ki, iyunun 21-dək paytaxtda hazırlaşacaq Qurban Qurbanovun komandası toplanışın ikinci mərhələsini Avstriyada keçirəcək.
Ağdam klubu iyunun 22-də səhər saatlarında adıçəkilən ölkəyə yollanacaq və hazırlıqları orada davam etdirəcək.
Artıq Ağdam klubunun yoxlama görüşlərindəki bütün rəqibləri məlum olub. Qurban Qurbanov öncə yetirmələrini son Ukrayna çempionu Donetsk "Şaxtyor"u ilə görüşdə sınayacaq.
Digər yoxlama görüşü isə Rusiyanın "Krosnodar" komandasına qarşı olacaq.
"Atlılar" növbəti iki matçda isə Çexiyanın "Sparta" və "Viktoriya" komandaları ilə üzə-üzə gələcək.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”