Ölkə futbolu
Polis Mahir Şükürovu axtarışa verib
"Neftçi"dən ayrılan Mahir Şükürov haqda …
"Neftçi"dən ayrılan Mahir Şükürov haqda yeni iddia var. Futbolinfo.az xəbər verir ki, millimizin müdafiəçisinin "Qaziantepspor"un hədəfində olduğu bildirilir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ancaq qardaş ölkənin media nümayəndələri Mahir Şükürov adı ilə heç də xoş xəbərlər yaymırlar. Belə ki, türkiyəli həmkarlarımız yaxın günlərdə rus və azərbaycanlı silahlı qruplaşmaların toqquşması nəticəsində şəhid olmuş polis məmuru Hüseyn İmrağın qatilinin Mahir Şükürov olduğunu bildirir.
Ancaq bu Mahir bizim milli futbolçumuz deyil. Sadəcə olaraq müdafiəçi ilə muzdlu qatilin ad və soyadları eynidi.