Ölkə futbolu
Ronaldo yenə zədələndi
Portuqaliya millisi lideri Kriştianu Ronaldodan məhrum qala bilər. …
Portuqaliya millisi lideri Kriştianu Ronaldodan məhrum qala bilər. Futbolinfo.az xəbər verir ki, forvard komandanın dünənki məşqini erkən başa vurub.
AS qəzeti yazır ki, Ronaldo hazırlıq prosesinin sonuna yarım saat qalmış tribunaya yollanıb. Ulduz futbolçunu komandanın fizioterapevti də müşaiyət edib. O, Ronaldonun dizinə buz qoyub.
Onun iyunun 22-də Qana ilə qarşılaşmada forma geyib-geyməyəcəyi haqda isə məlumat verilməyib.