Ölkə futbolu
"Sumqayıt"ın problemləri bitmək bilmir
Topaz Premyer Liqasında yerini qorumasına baxmayaraq, "Sumqayı…
Topaz Premyer Liqasında yerini qorumasına baxmayaraq, "Sumqayıt"ın problemləri bitmək bilmir. Futbolinfo.az xəbər verir ki, sözügedən komandada hələ də maliyyə problemi var.
Belə ki, əvvəllər olduğu kimi, yenə də futbolçuların maaşlarının verilməsində gecikmə yaranıb. Əldə etdiyimiz məlumata görə komanda üzvləri 2 aydan çoxdu ki, öz maaşlarını ala bilmirlər. Bu da istirahətə yollanarkən pulsuz qalan futbolçuların narazılığına səbəb olub.
Qeyd edək ki, bu, Sumqayıt təmsilçidində ilk belə hal deyil. Buna qədər dəfələrlə futbolçuların maaşlarının verilməsində yubanmalar olub.