Ölkə futbolu
"Neftçi" "Çixura"ya yenə də qalib gələ bilmədi
Türkiyədə təlim-məşq toplanışında olan "Neft&ccedi…
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" Avropa Liqasına hazırlığı davam etdirir. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu bu gün qardaş ölkədə ikinci sınaq matçına çıxıb.
"Ağ-qaralar"ın rəqibi yenə Gürcüstanın elita təmsilçisi "Çixura" olub. Xatırladaq ki, "Neftçi" iki gün öncə də Boluda bu komanda ilə qarşılaşmış və 2:3 hesabıyla uduzmuşdu.
Bakılılar bu dəfə də sözügedən rəqibinə qalib gələ bilməyib. 1:1 hesabıyla başa çatan görüşdə "Neftçi"nin yeganə qoluna Julius Vobay imza atıb. 48-ci dəqiqədə isə Cavid İmamverdiyev penaltidən yararlana bilməyib.
Yoxlama oyunu
20 iyun
Neftçi – Çixura – 1:1
"Neftçi"nin start heyəti: Emil Balayev, Karlos Kardoso, Elvin Yunuszadə, Məqsəd İsayev, Bruno Bertuççi, Kaue, Mirhüseyn Seyidov, Samir Məsimov, Flavinyo, Julius Vobay, Ernest Nfor.