Dünya futbolu
Karluş Keyruş da getdi
İran millisinin baş məşqçisi Karluş Keyruş istefa verib. …
İran millisinin baş məşqçisi Karluş Keyruş istefa verib. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu qərarını DÇ-2014-də Bosniya və Herseqovinaya 1:3 hesablı məğlubiyyətdən sonra açıqlayıb.
Keyruş ona yeni müqavilənin təklif olunmaması səbəbindən bu addımı atdığını bildirib: "Mən bu layihəyə sadiqliyimi nümayiş etdirsəm də, 11 ay ərzində yeni müqavilə təklifi almadım. İran yığmasında çalışmaq mənim üçün şərəf idi, bu ölkəni sevdim. Amma yalnız bir tərəf razıdırsa, hansı "nikah"dan söhbət gedə bilər? Gözlədim ki, mənə yeni təklif irəli sürərlər, amma olmadı. Ona görə də bura gəlmişəm ki, mənə bu işi görmək imkanı yaradan hər kəsə təşəkkürümü bildirim".
İran millisi DÇ-2014-də qrupdan çıxa bilməyib.