Ölkə futbolu
Vaqif Cavadovun yeni klubu dəqiqləşdi (ÖZƏL FOTO)
Bakının "İnter" komandasından ayrıldıqdan sonra klubsu…
Bakının "İnter" komandasından ayrıldıqdan sonra klubsuz qalan Vaqif Cavadovun yeni iş yeri bəlli olub. Futbolinfo.az xəbər verir ki, futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
Bir müddət öncə Cavadova Türkiyədən sərfəli təklif gəldiyini xəbər vermişdik. Bunun hətta PTT 1-ci Liqasında mübarizə aparan iddialı komanda da olduğunu bildirmişdik. Əslində Cavadov türk klubu ilə münasibətləri çoxdan rəsmiləşdirmişdi. Sadəcə, millimizin üzvü bunu hər kəsdən gizli saxlamağı ütsün tutmuşdu. Lakin artıq onun yeni klubunun adı bəllidi. Cavadov bundan sonrakı iki ildə qardaş ölkənin "Qaziantep BB" klubunda çıxış edəcək.
Qeyd edək ki, Cavadov son mövsümdə "İnter"in forması ilə meydana çıxdığı çempionat oyunlarında rəqib qapıçıları 14 dəfə məyus etməyi bacarmışdı.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…