Dünya futbolu
"Pula görə ayrılmadım"
"Mançester Siti"nin yeni transferi Bakari Sanya "…
"Mançester Siti"nin yeni transferi Bakari Sanya "Arsenal"dan ayrılma səbəbinə aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, o, London klubundan pula görə ayrılmadığını bildirib:
“Mən acgöz deyiləm. Bu haqda çoxlu yazılar var idi. 2008-ci ildən "Arsenal"da eyni şərtlər altında oynamışam və heç vaxt məvacibimin artırılmasını tələb etməmişəm. Kim ki, maliyyə məsələləri səbəbindən ayrıldığımı düşünürsə, yanılır. Mənə sadəcə dəyişiklik, yeni təkan və karyera inkişafı lazım idi. Fikrimcə, bunun üçün doğru zamanı seçmişəm. Çətin olmasına baxmayaraq, mövsümün sonunda "Arsenal"dan ayrılma fikirlərimin oyunuma mane olmamasına çalışırdım. London klubuna çox hörmət edirəm və düşünürəm ki, "Arsenal" güclü komandadı. Mən sadəcə yenidən sıfırdan başlamaq istəyirdim".