Ölkə futbolu
“Xəzər Lənkəran” Sloveniyada bir itki ilə hazırlaşır
İyun ayının 23-dən başlayaraq yeni mövsümün hazır…
İyun ayının 23-dən başlayaraq yeni mövsümün hazırlığına start verən “Xəzər Lənkəran” ikinci hazırlıq mərhələsi üçün artıq Sloveniyada məskunlaşıb. Futbolinfo.az xəbər verir ki, iki həftəlik Ərzurum toplanışından sonra ara vermədən adıçəkilən ölkəyə yola düşən komanda dünən ilk məşqinə çıxıb.
Əsasən toplu çalışmalardan ibarət olan məşq saat yarım davam edib və futbolçular taktiki çalışmaları yerinə yetiriblər. Hazırda heyətdə yalnız Uğur Pamuk zədədən əziyyət çəkir və yarımmüdafiəçi fərdi qaçışlarla kifayətlənir. Bu gün daha iki məşqə çıxacaq “Xəzər Lənkəran” tərtib olunmuş plan üzrə hazırlığını davam etdirəcək. (klub saytı)