Ölkə futbolu
"Şəfa" stadionu Avroliqa matçına hazırdı
Son mövsümün gümüş mükafatçısı…
Son mövsümün gümüş mükafatçısı "İnter" bu gün Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində Moldova "Tiraspol"u ilə cavab matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, 21:00-da başlayacaq matç "Şəfa" stadionunda baş tutacaq.
Bəs, görəsən stadion matça tam hazırdımı? Saytmıza açıqlama verən "Şəfa" stadionunun direktoru Müzəffər Novruzəliyev matçın keçirilməsi üçün stadionun hazır vəziyyətə gətirildiyini bildirib:
"Stadion oyun üçün tam hazır vəziyyətə gətirilib. Dünən UEFA nümayəndəsi, bu gün isə hakim-inspektor stadionla tanış oldu. Oyun üçün 3600 bilet sifariş verilib. Biletlər hazırda satışdadı. Bizə verilən məlumata görə 2000-2500 arası bilet satılıb. Qonaq azarkeşlər gəlmədiyi üçün onlara bilet ayrılmayıb. Oyuna baxmaq üçün bir neçə VİP loja yaratmışıq. Futbol adamları üçün ayrıca VİP yerlər yaratmışıq. Media nümayəndələri üçün ayrıca oturacaqlar olacaq. 100 nəfərə yaxın media nümayəndəsi gözləyirik. 300 nəfərə yaxın qonaq dəvət olunub. VİP A, B, C sektorlarında əyləşərək, matçı izləyə biləcəklər".
Qeyd edək ki, ilk matçda təmsilçimiz "İnter" rəqibini 3:2 hesabı ilə məğlub etməyi bacarmışdı.