Dünya futbolu
Dieqo “Fənərbaxça”da
Türkiyənin yeni transferi Dieqo Ribas İstanbula ayaq basıb. Fu…
Türkiyənin yeni transferi Dieqo Ribas İstanbula ayaq basıb. Futbolinfo.az xəbər verir ki, ötən mövsümü “Atletiko”da keçirən “Volfsburq”un braziliyalı oyunçusu “sarı-lacivərdlər”lə müqavilə imzalamaq üçün Türkiyəyə gəlib.
Bu dəqiqələrdə tibbi yoxlamadan keçən Dieqo müqaviləyə də imza atacaq və rəsmən “Fənər”in üzvünə çevriləcək.
Braziliyalı futbolçu transferiylə bağlı bunları deyib: "Daha əvvəl də “Fənərbaxça” ilə təmasımız olmuşdu. Bu üçüncü idi. Əvvəlki iki səfərdə tamamilə öz komandalarımdan ötrü razılaşa bilməmişdik. “Fənərbaxça” məni hər zaman çox istəyirdi. Axır ki, bunu bacardıq. Həqiqətən çox xoşbəxtəm. Gözəl günlər yaşayacağıma ümid edirəm”.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var