Ölkə futbolu
2 penalti, 2 qırmızı vərəqə və…
"İnter" Avropa Liqasının birinci təsnifat mərhələsini…
"İnter" Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab qarşılaşmasında "Şəfa" stadionunda "Tiraspol"u qəbul etdi. Futbolinfo.az xəbər verir ki, matçın sonlarında maraqlı hadisə yaşandı.
Belə ki, matçın 77-ci dəqiqəsində qonaqların qapıçısı Georgi Georgiyev "İnter"in hücumu zamanı Dieqo Madriqala qarşı cərimə meydançasının içərisində kobudluq etdi. Oyunun baş hakimi Marios Panayi qonaqların qapıçısını meydandan qovmaqla yanaşı, Moldova təmsilçisinin qapısına penalti təyin etdi. Bu zaman "Tiraspol"un baş məşqçisi bütün əvəzetləmələrdən istifadə etdiyi üçün qapıya 13 nömrəli futbolçu Boqdan Hauşi keçdi. Ancaq o, topa yaxınlaşan Baçana Sxadadzenin penalti zərbəsini dəf edə bildi. Hücumun davamında isə Arif Daşdəmirov topu baş zərbəsi ilə qapıdan keçirdi.
Maraqlıdı ki, "İnter" matçın 83-cü dəqiqəsində daha bir penalti zərbəsi vurmaq hüququ qazandı. Belə ki, "İnter"in əks hücumu zamanı "Tiraspol"un müdafiəçisi Laşa Japaridze meydana yeni daxil olmuş rəqib futbolçuya – Mirzağa Hüseynpura qarşı cərimə meydançasında idmançıya yaraşmayan hərəkət etdiyi üçün oyunun baş hakimi ona birbaşa qırmızı vərəqə göstərərək meydandan qovdu və qapıya penalti təyin etdi. Bu dəfə Baçana hədəfi dəqiq nişan aldı – 2:1.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları