Ölkə futbolu
Türkiyənin Super Liqa klubları XL-ə problem yaradır
“Xəzər Lənkəran” klubu rumıniyalı qapıçı Kr…
“Xəzər Lənkəran” klubu rumıniyalı qapıçı Kristian Belqredyanı heyətinə qatmaqda çətinlik çəkir. Futbolinfo.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, Buxarest “Dinamo”sunun üzvü “ağ-yaşıllar”ın qarşısına çoxlu tələblər qoyub.
Əvvəla Belqredyan cənub təmsilçisinə keçəcəyi təqdirdə komandanın əsas qapıçısı olmaq və hər oyun çıxış etmək iştəyir. Bundan əlavə, XL-in ona təklif etdiyi 100 min avronu qəbul etmir və 300 min avro tələb edir.
Mənbədə qeyd olunur ki, təcrübəli qolkiperi Türkiyə Super Liqa klublarından “Konyaspor” və “Balıkəsirspor”un da istəməsi “Xəzər Lənkəran”ın işini daha da çətinə salıb. Hazırda qapıçı komandası ilə məşq edir və gələn yeni təklifləri dəyərləndirir.
Qeyd edək ki, Rumıniya millisinin üzvü 2010-cu ildə Buxarest təmsilçisinə transfer olunub və həmin ildən də ölkənin digər klubu "Unirya"ya (Urziçeni) icarəyə verilib. O, ötən mövsüm Belçikanın "Standart" klubuna keçmək istəsə də, bu transfer baş tutmamışdı.