Ölkə futbolu
"Karpatı"nın baş məşqçisi: “Xəzər Lənkəran"a məğlubiyyəti faciyəyə çevirmək lazım deyil"
Sloveniya toplanışını davam etdirən “Xəzər Lənkəran&rdq…
Sloveniya toplanışını davam etdirən “Xəzər Lənkəran” ötən gün yoxlama matçında Ukraynanın Premyer Liqa təmsilçisi “Karpatı”nı 2:1 hesabı ilə məğlub etdi. Futbolinfo.az xəbər verir ki, oyundan sonra klub saytına açıqlama verən Lvov təmsilçisinin baş məşqçisi İqor Yoviçeviç məğlubiyyəti belə şərh edib:
“Komandam 90 dəqiqə meydanda mübarizə aparmaq üçün hazır deyil. Bu vəziyyət Xorvatiya “Lokomotiv”i ilə keçirdiyimiz matçda da nəzərə çarpdı. Amma “Xəzər Lənkəran”ın futbolçuları yorğun deyildi. Onlar enerjili idilər. Biz isə əksinə, yorğun idik. Biz qalib gəlmək istəyirdik, amma ayaqlarımız və başımız, yorğunluq səbəbindən, buna imkan vermirdi və rəqibə nisbətən, daha ağır hərəkət edirdik. Düşünürəm ki, bu matçdakı məğlubiyyəti faciyəyə çevirmək lazım deyil”.