Ölkə futbolu
"Rəvan" FİFA-nın qapısını döyəcək
Müqavilə ilə "Rəvan"a məxsus olan qapıçı K…
Müqavilə ilə "Rəvan"a məxsus olan qapıçı Kamal Bayramovla yarımmüdafiəçi Ayaz Mehdiyevin Türkiyənin PTT 1-ci Liqasında mübarizə aparan "Girəsunspor"la müqavilə imzalaması Bakı klubunun rəhbərliyini narazı salıb. Futbolinfo.az xəbər verir ki, "sarı-qırmızılar"ın rəhbərliyi bu durumla bağlı FİFA-ya şikayət edə bilər. Bu barədə saytımıza açıqlamasında "Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyev bildirib:
"Futbolçular Türkiyə klubu ilə bizdən xəbərsiz müqavilə imzalayıb. "Girəsunspor" Kamalla Ayazın bizimlə müqaviləsi olduğunu bilməliydi. Bundan sonra onlar bizə müraciət etməlidi. Türklər müraciət etdikdən sonra, biz də öz sözümüzü deyəcəyik. Klub bizə müraciət etməsə, o adamlar orada futbol oynaya bilməyəcək. Türklərin bizə müraciət edəcəyini düşünürəm. Müraciət olunmasa, bu məsələ yubansa, FİFA-ya şikayət edə bilərik. Futbolçularla yanaşı, "Girəsunspor" da qaydaları pozub. Oyunçuların müqaviləsi ola-ola digər bir komanda ilə müqavilə imzalaması mümkünsüzdü. Bu, bütün qaydalara ziddi. Kamal Bayramovla Ayaz Mehdiyevin "Girəsunspor"la bağladığı müqavilə saxta sayılır. Həmin müqavilənin heç bir qüvvəsi yoxdu. Bu müqavilə qaydalara uyğun olaraq qeydiyyatdan keçməlidi. Futbolçu başqa bir ölkə klubuna keçdiyi halda federasiyaya müraciət olunub, transfer sertifikatı alınmalıdı. Ancaq bu işlərin heç biri qaydalara uyğun aparılmayıb".