Dünya futbolu
XL-in almaq istədiyi oyunçu Qaziantep klubu ilə anlaşdı
“Xəzər Lənkəran”ın transfer etmək istədiyi “B…
“Xəzər Lənkəran”ın transfer etmək istədiyi “Beşiktaş”lı futbolçu İbrahim Toraman özünə yeni komanda dapıb. Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ölkəsinin Super Liqa təmsilçisi “Qaziantepspor”la anlaşıb.
Mənbədə qeyd olunur ki, artıq tərəflər ilkin razılığa gəlib və yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, 2002-2010-cu illər ərzində Türkiyə millisinin də formasını geyinən İbrahim Toraman 2004-dən İstanbul klubunda çıxış edir. “Xəzər Lənkəran” bir neçə gün öncə ona 2 illik müqavilə təklif etmişdi.