Ölkə futbolu
Markinyos "Qəbələ"də!
“Qəbələ” heyətini daha bir futbolçu ilə gü…
“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, daha öncə Ruslan Əmircanov, Andrey Kristya, Adrian Ropotan, Ruslan Abışov, Cavid Hüseynov və Pavol Farkaşı rənglərinə bağlayan "qırmızı-qaralar" braziliyalı Markinyos Kariokanı da sıralarına qatıb.
Yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb.
28 may 1992-ci ildə anadan olan Markinyos peşəkar futbolçu karyerasına 2011-ci ildə Braziliyanın "Parana" klubunda start verib. Gənc futbolçu 2013-2014 mövsümünü Rumıniyanın "Otelul" kollektivində keçirib. O, sözügedən komandada 33 oyunda meydançaya çıxıb və 9 dəfə fərqlənməyi bacarıb. (klub saytı)
- Ölkə futbolu2024-05-22 10:32
“Səbail”ə sponsor zərbəsi: büdcə azaldıldı
- I Liqa2024-05-22 18:22
“Şamaxı” I Liqanın qalibi oldu
- Müsahibə2024-05-23 08:00
Aleks Souza: “Menecerim danışmamağı tapşırıb”
- Ölkə futbolu2024-05-21 16:00
“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov