Ölkə futbolu
“Neftçi”nin rəqibi hücumçu aldı
Avropa Liqasının ikinci təsnifat mərhələsində təmsilçim…
Avropa Liqasının ikinci təsnifat mərhələsində təmsilçimiz “Neftçi”nin rəqibi olan “Koper” klubu yeni futbolçu ilə heyətini gücləndirib. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, Sloveniya təmsilçisi Xorvatiya “Zaqreb”inin futbolçusu Ante Mitroviçlə anlaşıb.
Klub 26 yaşlı xorvatiyalı hücumçu ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, son Azərbaycan Kubokunun qalibi “Neftçi” ilk oyunda evdə “Koper”ə 1:2 hesabı ilə məğlub olub. Cavab görüşü iyulun 24-də keçiriləcək.