Dünya futbolu
"Yuventus"un yeni transferi zədələndi
Bir neçə gün öncə Madrid "Real"ından &qu…
Bir neçə gün öncə Madrid "Real"ından "Yuventus"a transfer olunan Alvaro Morata sıradan çıxıb. Futbolinfo.az xəbər verir ki, "La Gazzetta dello Sport" bu haqda məlumat yayıb.
Xəbərə görə, gənc forvard sol dizindən ciddi zədə alıb. İspan futbolçunun bərpası 30-40 gün çəkəcək. "Yuventus"un rəsmi saytı futbolçunun vəziyyətinə sabahkı tibbi baxışdan sonra tam aydınlıq gələcəyini yazıb.
Qeyd edək ki, Morata ötən həftəsonu 20 milyon avro qarşılığında "Yuventus"a transfer olunmuşdu.