Dünya futbolu
Morata 50 günlük sıradan çıxdı
"Yuventus" yeni transferi Alvaro Moratanın zədəsi ilə ba…
"Yuventus" yeni transferi Alvaro Moratanın zədəsi ilə bağlı rəsmi açıqlama yayıb. Futbolinfo.az xəbər verir ki, İtaliya mətbuatını əvvəlcədən xəbər verdiyi kimi onun zədəsi xeyli ciddidi.
Turin klubunun rəsmi saytında Moratanın 50 gün yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Müayinə nəticələri belə deməyə əsas verir.
Xatırladaq ki, "Yuventus" Moratanın transferini 2 gün öncə rəsmiləşdirmişdi. "Qoca Sinyora" 21 yaşlı futbolçuya görə 20 milyon avrosundan keçmişdi. Hücumçunun ilk məşqində bu cür ağır zədələnməsi rəhbəriyi məyus edib.