Dünya futbolu
Konte Fransa yolunda
"Yuventus"un sabiq baş məşqçisi Antoni Konte karye…
"Yuventus"un sabiq baş məşqçisi Antoni Konte karyerasını Fransa çempionatında davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, bunu "Corriere dello Sport" iddia edib.
Xəbərə görə, itlayan mütəxəssis PSJ-nin yeni çalışdırıcısı ola bilər. Tərəflər arasındakı anlaşmanın yaxın günlərdə rəsmiləşdiriləcəyi gözlənilir.
Xatırladaq ki, fransız klubu Loran Blanla cari ilin mayında 2016-cı ilə kimi müqavilə yeniləyib. Blanın rəhbərliyi altında PSJ ötən mövsüm Fransa çempionatı, ölkə kuboku və Superkubokunun qalibi olub.