Dünya futbolu
Qrizman və Ansaldi “Atletiko”da
Madrid "Atletiko"su daha iki transferini bitirib. Futbolinfo…
Madrid "Atletiko"su daha iki transferini bitirib. Futbolinfo.az xəbər verir ki, son İspaniya çempionu Antuan Qrizmannın keçidi ilə bağlı "Real Sosyedad"la razılığa gəlib. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.
"Qırmızı-ağlar" fransız forvarda görə 30 milyon avro ödəyəcək.
Eyni zamanda "Zenit"in müdafiəçisi Kristian Ansaldi hazırda Madriddədi. O, Qrizmannla eyni vaxtda tibbi müayinədən keçəcək.
Ansaldinin transfer dəyərinin 4 milyon avro olduğu bildirilib. "Qırmızı-ağlar" onu icarəyə götürmək əvəzinə satın almağa üstünlük veriblər.
Qeyd edək ki, "Atletiko" daha öncə Mario Mancukiçi transfer etmişdi.