Dünya futbolu
Hedira Bundesliqaya qayıdır
Madrid "Real"ının yarımmüdafiəçisi Sami Hedi…
Madrid "Real"ının yarımmüdafiəçisi Sami Hedira vaxtilə çıxış etdiyi Almaniya Bundesliqasına qayıda bilər. Futbolinfo.az xəbər verir ki, "Bavariya" onu heyətinə qatmaq istəyir. “Pivəçilər” Samini komandadan ayrılan Toni Kroosun əvəzedicisi qismində görür.
Almanlar yaxın günlərdə həmyerlilərinə görə, təklif göndərməyə hazırlaşır.
Daha öncə "Arsenal" 27 yaşlı futbolçuyla yaxından maraqlanırdı, lakin "topçular"ın Hediranın maliyyə tələblərini qarşılaya bilməməsi səbəbindən transfer baş tutmamışdı.