Dünya futbolu
Oskar Kardoso Türkiyə klubunda
Türkiyənin "Trabzonspor" klubu “Benfika”n?…
Türkiyənin "Trabzonspor" klubu “Benfika”nın qolçu forvardı Oskar Kardosonu heyətinə qatıb. Futbolinfo.az xəbər verir ki, “bordo-mavilər” 1 həftə çəkən danışıqlar nəticəsində 30 yaşlı hücumçunu Superliqada oynamağa razı salıblar.
Transferin detalları açıqlanmasa da, Kardosonun bu gün Trabzona gələrək tibbi müayinədən keçdiyi açıqlanıb. Klubdan verilən açıqlamada transferin yaxın saatlarda rəsmiləşəcəyi bildirilib.
Qeyd edək ki, ötən mövsüm digər Türkiyə təmsilçisi “Fənərbaxça” Oskarı transfer etmək üçün çox çalışmış, lakin futbolçu təklifi qəbul etməmişdi.