Əvəzedicilər
Samir Abasov cəzasını haqlı sayır
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra əvəzedicilərdən ibarət ölkə çempionatının 2-ci turu çərçivəsində "Xəzər Lənkəran” – “Sumqayıt” matçının 79-cu dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abasov hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 2500 manat cərimə olunub.
Saytımıza açıqlama verən gənc çalışdırıcı İK-in qəbul etdiyi qərarı haqlı sayıb: "Hazırda baş məşqçi lisenziyası almaq üçün imtahanlara başım qarışıb. 5 oyunluq cəza veriblərsə, nə deyə bilərəm. Belə bir şey olduğu üçün, qərar da haqlıdı. Mənim yoxluğumda komandanı Vəfadar Quliyev meydana çıxaracaq".