Bizi izləyin

Premyer-liqa

Topaz Premyer Liqasında 4-cü tur həyəcanı

Həftəsonu Topaz Premyer Liqasında 2014/15 mövsümün&u…

blank
Həftəsonu Topaz Premyer Liqasında 2014/15 mövsümünün 4-cü turunun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, bu dəfə üç gün davam edəcək turun 2 oyunu Bakıda, 3-ü paytaxtdan kənarda baş tutacaq.
 
Hesabat turuna Lənkəranda start veriləcək. Burada mövsümə çox pis başlayan, buna görə bir neçə futbolçusu ilə vidalaşan "Xəzər Lənkəran"la çempionatın lideri "İnter" üz-üzə gələcək. "Bankirlər" uğurlu seriyanı davam etdirməyə və zirvədəki yerini qorumağa, cənublular isə uğursuz gedişata son qoymağa, ilk qələbəsini qazanmağa çalışacaq. 29-cu dəfə qarşılaşacaq rəqiblərin duellərinin yarıdan çoxu (15 oyun) heç-heçə başa çatıb. Qalibin müəyyənləşdiyi qarşılaşmalarda isə “İnter” üstünlüyə malikdi – 9 qələbə. Bakılılar son 7 qarşılaşmada uduzmayıb. "Xəzər Lənkəran"ın bu rəqibi üzərində cəmi 4 qələbəsi var. Top fərqində də bakılılar öndədilər – 30:24.
 
İkinci oyun günündə öncə “Qəbələ” və AZAL klubları üz-üzə gələcəklər. Mövsümə biabırçı məğlubiyyətlə başlayan Dorinel Muntyanunun komandası artıq son iki oyundakı qələbə ilə özünə gəlib və uğurlu çıxışının davamını gətirmək istəyir. "Təyyarəçilər" isə qeyri-sabit çıxış edir və bu çətin səfər oyununda nəyə nail olacağı maraqla gözlənilir. Son turda "Neftçi" ilə oyunu təxirə salındığı üçün əlavə istirahət imkanı qazanan Tərlan Əhmədovun komandası ilk qələbəsini qazanmaq istəsə də, bu, asan olmayacaq. AZAL 19-cu duel öncəsi kiçik üstünlüyə malik olsa da, son matçlar “Qəbələ”nin üstünlüyü ilə keçib. Ötən mövsümə təsadüf edən son 4 matçda bakılılar cəmi 1 xal qazana bilib. Paytaxt təmsilçisi rəqib meydanındakı son 3 matçda qola, son 7 görüşdə isə qələbəyə həsrətdi. Baxmayaraq ki, bu komanda əvvəlki 18 oyunun 7-də qələbəyə sevinən tərəf olub. Daha 6 görüş sülhlə bitdiyi halda, 5 oyunda da "Qəbələ" 3 xalı bayram edib. Topların fərqində də AZAL öndədi – 26:15.
 
Günün digər oyununda “Sumqayıt” doğma meydanda “Araz Naxçıvan”la üz-üzə gələcək.
Premyer Liqada fərqli vaxtlarda çıxış edən komandalar indiyədək üz-üzə gəlməyib. Bu dəfəki matç komandalar arasında ilk duel olacaq. İlk iki turdan sonra sürpriz şəkildə çempionatın lideri olan Aqil Məmmədovun komandası son turda "İnter"ə biabırçı hesabla məğlub oldu. Sumqayıtlılar bu oyunda yəqin ki, həmin acı yenilgini unutdurmağa çalışacaq. Amma rəqib də ilk turda "Neftçi"ni darmadağın etmiş "Araz Naxçıvan"dı. Yeni mövsümün debütantı son turda "Qarabağ"la oyunu təxirə salındığından əlavə istirahət imkanı qazanıb.
 
Son oyun günündə əvvəlcə “Neftçi” “Simurq”u qəbul edəcək. Avropa Liqasındakı iştirakına görə son turda meydana çıxmayan "ağ-qaralar"ı çətin sınaq gözləyir. Çünki rəqib bu mövsüm keçirdiyi hər iki oyunda qələbə qazanmış Zaqatala təmsilçisidi. Georgi Çixradzenin komandası uğurlu seriyanı davam etdirmək üçün indi daha bir iddialı rəqibini məğlub etməlidi. Amma bu, elə də asan olmayacaq. Çünki Zaqatala təmsilçisi ilə oyunlarda böyük üstünlüyə malik olan “Neftçi” cəmi 1 dəfə məğlubiyyət acısı yaşayıb. Təxminən 5 ildi rəqibinə yenilməyən bakılılar son 13 qarşılaşmada uduzmayıb. “Simurq” ötən mövsümün 4 görüşündə qol da vurmayıb. Tərəflər arasındakı 6 görüş də qolsuz bitib. Top fərqində isə "Neftçi"nin böyük üstünlüyü var – 29:7.
Nəhayət, turun qapanış matçı son çempion “Qarabağ”la “Bakı” arasında keçiriləcək. "Neftçi" kimi Avroliqada iştirak edən "Qarabağ" da son turda meydana çıxmayıb. Ağdam klubunun zəif rəqibi üzərində asan qələbə qazanması şübhə doğurmur. "Zolaqlılar"ın məlum səbəblərdən bu oyunda da uduzmaq ehtimalı yüksəkdi. İlk dəfə 18 il əvvəl görüşən komandalar artıq 47-ci dəfə qarşılaşacaq. Üstünlüyə malik olan “Qarabağ” bütövlükdə 17 oyunda, eyni zamanda son 3 ev matçında qalib gəlib. Ağdamlılar həmin görüşlərdə 3 və daha çox qolla 3 xalı əldə edib. 14 qarşılaşmada qalib müəyyənləşmədiyi halda, "zolaqlılar" 15 qələbəyə seviniblər. Top fərqi də son çempionun xeyrinədi – 58:48.
 
Topaz Premyer Liqası
4-cü tur
29 avqust (cümə)
 
20:00. Xəzər Lənkəran – İnter
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
 
30 avqust (şənbə)
 
19:30. Qəbələ – AZAL
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Nahid Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Qəbələ şəhər stadionu .
 
20:00. Sumqayıt – Araz Naxçıvan
Hakimlər: Ömər Paşayev, Rza Məmmədov, Coşqun Həsənov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.
 
31 avqust (bazar)
 
18:00. Neftçi – Simurq
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
 
20:30. Qarabağ – Bakı
Hakimlər: Ramil Diniyev, Kamran Bayramov, Rəvan Həmzəzadə, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 

1 İnter 3 2 1 0 9 1 +8 7
2 Simurq 2 2 0 0 4 0 +4 6
3 Sumqayıt 3 2 0 1 5 5 0 6
4 Qəbələ 3 2 0 1 3 4 –1 6
5 Araz N 2 1 0 1 3 1 +2 3
6 Neftçi 2 1 0 1 1 3 –2 3
7 AZAL 2 0 1 1 1 3 –2 1
8 XL 3 0 1 2 1 4 –3 1
9 Qarabağ 2 0 1 1 0 3 –3 1
10 Bakı 2 0 0 2 0 3 –3 0
 
Bombardirlər:
4 – Mikel Alvaro (İnter)
2 – David Janelidze (Araz Naxçıvan), Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq).
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-12 20:01

“Çoxlu səhvlərə yol verdik” – Renduliç

blank
Premyer-liqa2024-05-12 19:48

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-05-12 19:30

“Sumqayıt” “Səbail”ə qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2024-05-12 19:21

Ertuğrul Sağlam yenidən Ramil Şeydayevin komandasında

blank
Premyer-liqa2024-05-12 18:58

“Qəbələ” “Sabah”a da qalib gəldi

blank
Dünya futbolu2024-05-12 18:00

Şeydayevin komandası baş məşqçisi ilə vidalaşdı

blank
Digər idman növləri2024-05-12 17:27

Qazi parakarateçilər ilk dəfə AÇ-də qızıl və gümüş medallar qazanıblar

blank
Digər idman növləri2024-05-12 16:54

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazandı

blank
Milli komanda2024-05-12 15:31

Millimiz iki yoldaşlıq görüşü keçirəcək

blank
Digər idman növləri2024-05-12 15:00

Muradlı Avstriyada qalib oldu, Məmmədyarov üçüncü yeri tutdu

blank
Dünya futbolu2024-05-12 14:33

“Real” rekordunu təkrarladı

blank
Dünya futbolu2024-05-12 14:00

Səudiyyə Ərəbistanında çempion bəlli oldu

blank
Dünya futbolu2024-05-12 13:28

Messinin 11 oyunluq seriyası başa çatdı

blank
Digər idman növləri2024-05-12 13:00

Təbriz klubundan növbəti qələbə

blank
Dünya futbolu2024-05-12 12:44

Hüseynovlu “Arda”dan əzmkar qələbə

blank
Digər idman növləri2024-05-12 12:26

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq

blank
Digər idman növləri2024-05-12 12:00

“Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik”

blank
Digər idman növləri2024-05-12 11:29

Azərbaycanın daha dörd cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-12 11:00

Qadın güləşi tarixində ilk: “Allaha şükür edirəm”

blank
Ölkə futbolu2024-05-12 10:36

Mahir Xorvatiya çempionu oldu

blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm