Bizi izləyin

Müsahibə

"Bəlkə də, Foqts bu oyunla Bolqarıstan yığmasını çaşdırmaq istəyirdi"

Futbol üzrə Azərbaycan milli komandası dünən növbə…

blank
Futbol üzrə Azərbaycan milli komandası dünən növbəti yoxlama matçı çərçivəsində Rusiya ilə qarşılaşdı. Futbolinfo.az xəbər verir ki, komandamız Moskvadakı oyunda 0:4 hesablı məğlubiyyətlə üzləşdi.
 
Saytımıza açıqlama verən millimizin sabiq məşqçisi Vaqif Sadıqov bu yoxlama matçını dəyərləndirib. Təcrübəli mütəxəssis sentyabrın 9-da AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla keçiriləcək oyun barədə də fikirlərini açıqlayıb:
 
"Bəli, millimiz Rusiya qarşısında biabırçı məğlubiyyətlə üzləşdi. Nəyisə təhlil etməyə dəyməz. Çünki komandamız bütün keyfiyyətlərə görə rəqibdən zəif çıxış etdi. Düzdü, oyundan sonra komandanın bostanına daş atmaq çox asandı. Bir neçə gün sonra komandamız ilk rəsmi oyuna çıxacaq. Komanda belə məğlubiyyətdən sonra psixoloji cəhətdən haradasa, yaxşı durumda deyil. İnanaq ki, bu da Berti Foqtsun bir təcrübəsi idi. O da uğurlu alınmadı. Hesab edirəm ki, Foqts və onun komandası bu oyundan lazım olan nəticəni çıxaracaq. Bolqarıstanla oyunda tam fərqli heyətlə meydana çıxacağıq. Biz həmin oyunda öz azarkeşləri qarşısında sona qədər mübarizə aparan bir komanda görəcəyik. Mən nə qədər istəməsəm də, bu mövzulara toxunmalıyam. Yəni iki yoxlama oyununda, Özbəkistanla və Rusiya ilə görüşdə haradasa 30-a yaxın futbolçumuz çıxış etdi. Onların heç biri bir sarı vərəqə belə almayıbsa, bu onu göstərir ki, həmin oyunlarda komandamızda mübarizə əzmi yox idi. Əgər qələbə qazanmaq istəyiriksə, 90 dəqiqə meydançanın hər yerində mübarizə aparmaq lazımdı. Heyif ki, hər iki oyunda biz bunu görmədik.
 
Rusiyada qapımıza vurulan ilk qoldan sonra oyunda intriqa öldü və 12-ci dəqiqədən sonra oyun formal xarakter daşımağa başladı. Gözlədik ki, komanda 2:0-dan sonra xarakter göstərib, nəyisə dəyişməyə çalışacaq. Amma bunun da şahidi olmadıq. Biz əvvəlki illərdən fərqli nəsə etmək istəyiriksə, Bolqarıstanla oyunda öz iddiamızı ortaya qoymalıyıq. Təbi ki, axtarıb, komandamızda çox çatışmazlıqlar tapmaq olar. Oyunçu seçimindən tutmuş oyunun taktiki modelinə, start heyətinə qədər çoxlu səhvlər tapmaq olar. Bəlkə də, Foqts bu oyunla Bolqarıstan yığmasını çaşdırmaq istəyirdi. Çox səhvləri vurğulamaq olar. Xeyli vaxt keçib, amma biz yenə də müdafiə futbolu haqda fikirləşirik. Müdafiədən hücuma keçidlərimiz çox ləngdi. Müdafiədə çatışmazlıqlar çoxdu. Bir-birini sığortalamaq yoxdu. Oyunçularımız lazımı səviyyədə təkbətək mübarizə aparmırlar. Ötürmələrdə və s. səhvlər var. 4 qoldan 3-ü standart vəziyyətdən vuruldu. Başla vurulan qollar və s. Bunlar göstərir ki, yığmamızda problemlər var. Berti Foqts bunu görür. İnanıram ki, düzgün təhlil aparmaqla, Bolqarıstanla oyunda tam fərqli motivasiya, əzmkarlıq və onun da üstünə səviyyəni də qoyaraq, nəticə qazanan bir yığma görə bilərik. Bizdə bu potensial var".
 
Sadıqov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsrail üzərindəki 3:0 hesablı qələbəsini də şərh edib: "Bu, onu göstərir ki, potensialımız var. Bu potensialı vaxtında aşkar etmək, düz istiqamətləndirmək, hər bir rəqibə qarşı yaxşı motivasiya olunmaq lazımdı. Əgər biz qazandığımız 7 xalın 6-nı qrup liderləri olan Norveç və İsraildən almışıqsa, bu onu göstərir ki, komandamızda potensial var. Çox şadam ki, əsas millimizin ən yaxın ehtiyat heyəti uğurlu nəticə əldə edərək, yaxşı əhval ruhiyyə ilə Portuqaliyaya yollanacaq. Baxmayaraq ki, Portuqaliya qrup lideridi, amma biz orada da məzmunlu, baxımlı oyunun şahidi olacağıq. Açığını desəm, bu oyundan əvvəl baş məşqçi Bernard Lippertin yığmadan ayrılacağını açıqlamasını mən bir az başqa cür dəyərləndirirdim. Fikirləşirdim ki, o, komandanı İsraillə oyuna necə motivasiya edib, kökləndirəcək. Bu, bir az sual doğururdu. Amma biz bu hadisənin müsbət təsirini gördük və yığmamız fərqli oyun sərgiləyib, yaxşı nəticə əldə etdi. Ən vacibi odu ki, yığmamız potensialı olduğunu göstərdi. Bu da çox vacib amildi. Ona görə ki, bu komanda əsas millimizə ən yaxın ehtiyat qüvvədi. Baxmayaraq ki, Elvin Yunuszadə, Araz Abdullayev, Qara Qarayev kimi oyunçular U-21-dən əsas milliyə keçib, amma yenə də potensail var".
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-12 13:28

Messinin 11 oyunluq seriyası başa çatdı

blank
Digər idman növləri2024-05-12 13:00

Təbriz klubundan növbəti qələbə

blank
Dünya futbolu2024-05-12 12:44

Hüseynovlu “Arda”dan əzmkar qələbə

blank
Digər idman növləri2024-05-12 12:26

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq

blank
Digər idman növləri2024-05-12 12:00

“Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik”

blank
Digər idman növləri2024-05-12 11:29

Azərbaycanın daha dörd cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-12 11:00

Qadın güləşi tarixində ilk: “Allaha şükür edirəm”

blank
Ölkə futbolu2024-05-12 10:36

Mahir Xorvatiya çempionu oldu

blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Digər idman növləri2024-05-11 23:01

“Xəzri” finalda “Sabah”a rəqib oldu

blank
Premyer-liqa2024-05-11 22:47

“Qarabağ”a 1 qol bəs etdi – VİDEO

blank
Premyer-liqa2024-05-11 22:28

“Hakimin qərarını dəyişib penalti verəcəyinə inanmırdım” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-05-11 22:00

“İstədiyimiz oyunu göstərə bilmədik” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-11 21:28

“Zirə” “Qarabağ”a məğlub oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm