Dünya futbolu
“Barselona”nın oyunları Luis Suaresə əzab verir
"Barselona"nın yeni transferi Luis Suares maraqlı fikirlə…
"Barselona"nın yeni transferi Luis Suares maraqlı fikirləri ilə diqqət çəkib. Futbolinfo.az xəbər verir ki, "Marca" qəzetinə danışan uruqvaylı futbolçu FİFA-nın verdiyi cəzaya görə çox peşman olduğunu bildirib:
"Barselona"nın oyunlarını kənardan izləyərkən əzab çəkirəm. Cəzamın az hissəsi geridə qalıb və artıq indidən komandamın oyunlarını çarəsizcə izləməyin sıxıntılarını yaşayıram. Sadəcə, danışa və ya bağıra bilərəm. Bu vəziyyətlə barışa bilmirəm. Dərsimi aldım. Artıq çox diqqətli olmalıyam. İngiltərədə də belə vəziyyətlə qarşılaşmışdım və öhdəsindən gəlmişdim. Belə təzyiq altında oynamağa adət etmişəm".
Xatırladaq ki, Suares DÇ-2014-də İtaliya ilə matçda rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılmışdı.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var