Dünya futbolu
“Bavariya”da rekord maaş mövsümü
"Bavariya"nın məşqçilər heyəti və futbolç…
"Bavariya"nın məşqçilər heyəti və futbolçulara ödədiyi məvaciblərin miqdarını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, bu ilki rəqəm ötən mövsümüylə müqayisədə 30 milyon avro artıb.
Sözügedən mövsümdə alman klubu ümumilikdə 150 milyon avro əmək haqqı ödəyirdi. Hazırda isə Bundesliqa çempion məvaciblərin verilməsinə görə 180 milyon avro sərf edir.
Ən çox qazanan futbolçular Filipp Lam, Mario Götse və Frank Riberidi. Onların illik məvacibi 12 milyon avrodu. Manuel Noyer və Bastian Şvanştayger isə 10 milyon avro əmək haqqı alır.
"Bavariya"nın hazırkı heyəti klub tarixinin ən yüksək məvacib alan heyətidi. Həmçinin məşqçilər heyəti də Yupp Haynkesin dövründəki heyətdən daha çox qazanır.