Dünya futbolu
Matsari: “İnter"i əvvəlki günlərinə qaytaracağıq”
İtaliyanın “İnter” klubunun baş məşqçisi Valt…
İtaliyanın “İnter” klubunun baş məşqçisi Valter Matsari komandası haqda iddialı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, “Neradzurra”nı keçmiş günlərinə qaytaracağını deyib:
"Klub prezidenti Erik Thorir ilə qarşılıqlı anlaşaraq iş görürük. O, ideal bir klub prezidentidi. Thorirlə birgə "İnter"i əvvəlki günlərinə yenidən qaytaracağıq. Buna görə də əlimizdən gələni edirik. Hədəflərimizi maddi parametrlər əsasında həyata keçiririk. "İnter"i yenidən yaradacağıq, amma bunun üçün vaxt lazımdı".
Maraq üçün qeyd edək ki, "İnter" Avroliqanın qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqiblərindəndi.