Dünya futbolu
Futbola yeni reqlament gəlir: Hakim qərarları dəyişəcək
FİFA prezidenti Yozef Blatter futbolda bəzi qayda dəyişiklikləri …
FİFA prezidenti Yozef Blatter futbolda bəzi qayda dəyişiklikləri edəcəklərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, ali futbol qurumu matç zamanı baş məşqçilərə hakim qərarlarına etiraz etmək hüququ verməyi nəzərdə tutur.
Bu hər hissədə iki dəfə olacaq.
Blatterin sözlərinə görə, oyun dayandığı zaman məşqçi hakimin qərarına etiraz edə biləcək: "Bu zaman hakim və məşqçi meydanın kənarında quraşdırılacaq monitor vasitəsi ilə mübahisəli epizodlara baxa biləcək və hakim istəsə, qərarını dəyişəcək. Təbii ki, bu zaman hakim və məşqçiləri matçı yayımlayacaq telekanalın da köməyi dəyməlidi".
Blatterin sözlərindən belə qərara gəlmək olar ki, artıq hakimlərin qərarı dəyişilməz statusunu itirəcək.
Qeyd edək ki, FİFA bu yeniliyi ilk olaraq Yeni Zelandiyada keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatında tətbiq etməyi planlaşdırır.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var