Dünya futbolu
Kyellini də zədələndi
Arturo Vidaldan sonra "Yuventus" daha bir futbolçunun…
Arturo Vidaldan sonra "Yuventus" daha bir futbolçunun zədələnməsi ilə üzülüb. Futbolinfo.az xəbər verir ki, təcrübəli müdafiəçis Corcio Kyellinin növbəti oyunlarda meydana çıxması sual altındadı. Əzələ problemlərinə görə futbolçunun Turin klubunun bir neçə oyununu buraxmaq ehtimalı var.
Zədənin müalicəsi hələ ki lazımi effekti vermir. 30 yaşlı müdafiəçinin "Udineze" ilə oyunu buraxacağı artıq dəqiqləşib. Yaxın günlərdə Kyellini növbəti tibbi yoxlamadan keçəcək.