Dünya futbolu
Melo klub prezidentindən üzr istədi
"Qalatasaray"ın braziliyalı futbolçusu Felipe Melo …
"Qalatasaray"ın braziliyalı futbolçusu Felipe Melo əzəli rəqibləri “Fənərbaxça”nın prezidenti Aziz Yıldırımdan üzrt istəyib. Futbolinfo.az xəbər verir ki, buna səbəb onun klub rəhbəri haqqında “tvitter”də yazdığı nalayiq sözlər olub.
Melo bu cür üzr istəyib: "Sosial şəbəkədə paylaşdıqlarım əsasən şəkillərdir. Türkcə bilib bir klub prezidentinə söyüş söymərəm. Bu, mənim "Qalatasaray"lı duruşum ilə uyğun gəlməz. Xətrinə dəydiyimiz varsa, üzrlü saysın".
Xatırladaq ki, Melo bir izləyicisinin Yıldırımı təhqir edən ifadəsini paylaşmışdı. Bundan sonra "Fənərbaxça” azarkeşlərindən böyük təzyiq görən Melo Yıldırım tərəfindən də məhkəməyə veriləcəyi ilə hədələnmişdi.