Bizi izləyin

Ölkə futbolu

"Araz Naxçıvan"ın savab işi

Ötən günlərdə əvvəl qeyri-rəsmi, daha sonra isə rəsm…

blank
Ötən günlərdə əvvəl qeyri-rəsmi, daha sonra isə rəsmi bəyanatla gündəmə gələn "Araz Naxçıvan" başa düşüb ki, elitada uğur qazanmaq üçün heyəti gücləndirmək lazımdı. Bu yöndə klub rəhbərliyinə ölkə futbolunun başbilənləri öz tövsiyyələrini verib.
 
Yadınızdadısa, Premyer Liqanın 4-cu turunda "Sumqayıt"a məğlub olan naxçıvanlılar PFL-ə hücum çəkmiş, öz etirazlarını bildirmişdi. Klub rəhbərliyi PFL prezidenti Ramin Musayev və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşüb, "kimyaçılar"la oyunda fit çalan Ömər Paşayevin verdiyi qərarlardan narazı olduqlarını bildirmişdi. Naxçıvanlılar Musayevlə Məmmədovu inandırmağa çalışırdı ki, onları məhz Paşayev uduzdurub. Amma…
 
Amma "Araz Naxçıvan" rəhbərliyinin bu addımı uğursuz alındı. Onların PFL-ə çəkdiləri hücum məharətlə dəf edildi. Ölkə futbolunu idarə edən şəxslər klub prezidenti Orxan Cabbarova məğlub olanda günahı hakimlərdə, yaxud da neqativ hallarda yox, öz komandasında axtarmağı məsləhət görüblər. Deyiblər ki, "qardaş, uduzmaq istəmirsənsə, get, heyətini gücləndir".
 
"Məsləhətli don gen olar" deyiminə əməl etməyə çalışan naxçıvanlılar artıq heyətini "gücləndirib". Düzdü, klubun maliyyə imkanının yüksək olmaması onların istədikləri futbolçuları heyətə cəlb etməsinə mane olub. Bundan başqa "transfer pəncərəsi"nin də bağlanması debütantın işini çətinə salıb. Buna baxmayaraq, "Araz Naxçıvan" heyətini "gücləndirmək" üçün futbolçu tapa bilib. Belə ki, uzun müddətdi klubsuz qalan Aqil Nəbiyevin ardınca eyni aqibətlə üzləşmiş Saşa Yunusoğlu ilə Kamil Nurəhmədov da bundan sonra karyerasını debütant komandada davam etdirəcək.
 
Heyətə cəlb olunan futbolçuların yeni iş yerlərində uğurlu çıxış edəcəkləri inandırıcı görünmür. Onların uzun müddətdi komandasız qalması və oyun praktikasından əziyyət çəkməsi bu işdə onlara çox böyük problem yaradacaq. Təsəvvür edin ki, Nurəhmədov axırıncı dəfə yay fasiləsində meydana çıxıb. Hansı ki, həmin oyunda AZAL tələbələrdən ibarət yığma komanda ilə qarşılaşırdı. Çarəsiz qalan Nurəhmədov tələbələrə kömək etməyə çalışırdı. Vaxtilə "Rəvan"da belə heyətə düşə bilməyən futbolçunun elita təmsilçisinə nə dərəcədə xeyir verəcəyi indidən maraqla gözlənilir. Eyni sözlər Saşa və Aqilə də aiddi.
 
Əslində klub rəhbərliyi heyətin gücləndirilməsinin ən başlıca şərt olduğunu əvvəlcədən qəbul etməli idi. Orxan Cabbarov birinci divizionda olduğu kimi hay-harayla qazanılan qələbələrin, elitada davam etməyəcəyini bilməli, ən azından Premyer Liqanın 1-ci diviziondan daha səviyyəli yarış olduğunu düşünməli idi. Biz demirik ki, "Araz Naxçıvan" debüt ilindəcə çempionluq uğrunda mübarizə aparsın, yaxud da avrokuboklara düşməyə can atsın. Ən azından klub tədricən peşəkarlaşsın və ildən-ilə ölkə futboluna xeyir versin. Yox, əgər klubsuz qalan futbolçulara da qucaq açmağı savab iş kimi qəbul edirlərsə, komandanın bundan sonra uğur qazanacağına heç kim zəmanət verə bilməz.
 
Komandanın bir də qışda heyətini gücləndirməyə imkanı olacaq. Yəqin ki, onda da Əsgər Abdullayev qapıda olan problemlərə görə futbolçu karyerasını başa vurmuş Dmitri Kramarenkonu öz komandasına görmək istəyər. Müdafiəni də Samir Abbasovla gücləndirməyə can atar. Yarımmüdafiə xəttinə isə Ceyhun Sultanovu tapşırmaq, ən ağlabatan variantdı. Hücumu da 4 il bundan əvvəl karyerasını bitirmiş Zaur Ramazanovla gücləndirmək olar. Təbii ki, onlar Naxçıvana getmək istəsə…
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-15 02:09

“Real”dan növbəti darmadağın

blank
Dünya futbolu2024-05-15 01:17

“Mançester Siti” ilə “Tottenhem” də bacarmadı

blank
Ölkə futbolu2024-05-14 23:05

Azərbaycan çempionatının qalibi müəyyənləşdi

blank
Dünya futbolu2024-05-14 22:16

“Milan”dan ABŞ klubuna – RƏSMİ

blank
Digər idman növləri2024-05-14 22:02

Bolonya klubu əsas sponsorundan məhrum oldu

blank
Digər idman növləri2024-05-14 21:40

MDB oyunlarında sambo yarışları Qazaxda keçiriləcək

blank
Digər idman növləri2024-05-14 21:19

Avroliqanın ən yaxşı oyunçusu elan edildi

blank
Ölkə futbolu2024-05-14 21:10

II Liqanın qalibi bəlli oldu

blank
Digər idman növləri2024-05-14 21:00

Dünya reytinqinin ikincisi “Rolan Qarros”da olmayacaq

blank
Digər idman növləri2024-05-14 19:31

Xatirə turnirində üç medal

blank
Ölkə futbolu2024-05-14 19:00

AFFA və PFL-dən klubların mətbuat xidməti əməkdaşları üçün seminar

blank
Digər idman növləri2024-05-14 18:47

“Bütün matçlara yalnız qələbə üçün çıxırıq”

blank
Dünya futbolu2024-05-14 18:31

Super Liqada yeni mövsümün başlayacağı tarix açıqlandı

blank
Digər idman növləri2024-05-14 18:16

“Üçüncü pilləni tutmaq üçün əlimizdən gələni edəcəyik”

blank
Digər idman növləri2024-05-14 18:00

Azərbaycan yığması Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

blank
Digər idman növləri2024-05-14 17:47

Azərbaycanı Rusiyada keçiriləcək yarışda 6 boksçu təmsil edəcək

blank
Digər idman növləri2024-05-14 17:32

Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib

blank
Dünya futbolu2024-05-14 17:16

Macarıstan AÇ-2024 üçün iştirak ərizəsini açıqlayan ilk ölkə oldu

blank
Dünya futbolu2024-05-14 17:00

“Mançester Yunayted”in futbolçusu komandadan ayrılacaq

blank
Dünya futbolu2024-05-14 16:43

FIFA Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi kluba transfer qadağası qoydu

blank
Digər idman növləri2024-05-14 16:25

Voleybol Federasiyası Tovuzda təlim-məşq toplanışı təşkil edib

blank
Digər idman növləri2024-05-14 16:07

Azərbaycan Üzgüçülük Federasiyasında yeni vitse-prezident

blank
Ölkə futbolu2024-05-14 15:51

II Liqada 25-ci turun hakim təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-14 15:37

Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçular müəyyənləşdi

blank
Dünya futbolu2024-05-14 15:20

Qrizmann xaricdə oynayan ən yaxşı fransalı futbolçu seçildi

blank
Ölkə futbolu2024-05-14 15:02

Çempionun kimliyi fərq etmir – Premyer Liqa Şamaxıya qayıdır

blank
Dünya futbolu2024-05-14 14:47

Millimizin hücumçusu Super Liqanın ilk “5-liy”ində

blank
Ölkə futbolu2024-05-14 14:32

“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir

blank
Dünya futbolu2024-05-14 14:14

UEFA-dan AÇ-2024 öncəsi yeni qərar

blank
Dünya futbolu2024-05-14 13:55

Ter Ştegen “Barselona”da ikinci oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm